Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclasında işçi qrupunun 2019-cu il üçün Fəaliyyət Planının 4-cü rüb üzrə icrasına dair hesabatı müzakirə edilib.
Nazirlikdən Mediainfo.az-a verilən məlumata görə, iclasda Fəaliyyət Planının "8.01. Təzminat xərcləri, həftəlik maaşla", "8.08. Daxili əmək bazarının çevikliyi", "8.11. İşçi qüvvəsində qadınların iştirak səviyyəsi" bəndləri ilə bağlı İşçi qrupun üzvləri tərəfindən təqdim olunan təkliflər nəzərdən keçirilib. Əmək bazarının tələblərinə uyğun peşə hazırlığı üzrə təhsil proqramlarının keyfiyyətinin və çevikliyinin artırılması, ixtisas təsnifatının mütəmadi olaraq yenilənməsi, inkluziv məşğulluğun inkişaf etdirilməsi və s. təkliflərin hazırlanması məsələləri müzakirə edilib.
Həmçinin İşçi Qrupun üzvləri məşğulluq xidmətlərinin avtomatlaşdırılması, məşğul əhali haqqında reyestrin və vahid "vakansiya bankı"nın istifadəyə verilməsi ilə bağlı məlumatlandırılıb.
İşçi qrupu tərəfindən yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi üçün təkliflər verilib, gələcək işlər barədə müzakirələr aparılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































