İsveçrənin www.zeitung.ch internet portalında Neft Daşlarına həsr olunmuş məqalə yerləşdirilib.
Mediainfo.az xəbər verir ki, məqalədə Abşeron arxipelaqından cənub-şərqdə yerləşən Neft Daşlarının tikintisinə 1949-cu ildə başlanıldığı qeyd olunur. Bildirilir ki, Azərbaycanda ilk neft platforması olan Neft Daşları, eyni zamanda dünyada ilk ofşor neft platforması kimi də tarixə düşüb. "Ginnesin rekordlar kitabı"na düşən bu platforma illər keçdikcə böyüyərək, tam bir şəhərcik halına gəlib və yeddi hektarlıq ərazini əhatə edir.
Məqalədə Neft Daşlarında görülən işlər, burada tikilən binalar və "metal adalar" arasında ümumi uzunluğu 200 km-ə çatan yollar barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, hazırda Neft Daşlarında beş min insan yaşayır.
Vurğulanır ki, Azərbaycan iqtisadiyyatında və neft sənayesində özünəməxsus yerə malik Neft Daşlarında ölkənin neft fəhlə və mühəndislərinin neçə-neçə nəsli yetişmiş və burada zəngin təcrübə toplamışlar.
Yazıda, həmçinin Neft Daşlarının bu günədək keçdiyi inkişaf yoluna da xronoloji ardıcıllıqla nəzər salınıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































