UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib

UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib

UNESKO hər il noyabrın 21-də Dünya Fəlsəfə Gününü qeyd edir. Bu əlamətdar gün təşkilatın Baş Konfransının 2005-ci ildə Parisdə keçirilmiş iclasında elan edilib.

Mediainfo.az xəbər verir ki, UNESKO-nun Dünya Fəlsəfə Günü münasibətilə təşkil etdiyi tədbirdə dünya ictimaiyyətinin diqqəti bir daha fəlsəfi fikrin zəngin irsinə yönəldilib. Eyni zamanda, dahi filosofların nəzəriyyəsinə müasir dövrün tələblərinə uyğun yeni ideyalar əlavə edilməsi və bu gün bəşəriyyətin qarşısında duran vəzifələrin fonunda intellekt sahiblərinin və filosofların debatlarının aparılması məsələsi də müzakirə olunub. Qeyd edilib ki, Dünya Fəlsəfə Gününün keçirilməsində məqsədlər fəlsəfənin milli, subregional, regional və beynəlxalq səviyyələrdə yayılması, bu sahədə yeni elmi tədqiqatların aparılması, bəşəriyyətin qarşılaşdığı problemlərin həlli üçün daha adekvat yolların axtarılıb tapılmasıdır.

2019-cu ildə UNESKO fəlsəfənin müxtəlif regional kontekstlərdə roluna xüsusi diqqət yetirir. Belə ki, qlobal problemlərin inklüziv əsasda müzakirə olunması mühüm vəzifə kimi qarşıya qoyulub. Bu cür yanaşmanın məqsədi isə planetimizin aktual problemləri olan miqrasiya, radikal ideyaların yayılması, iqlim dəyişikliyi və süni intellekt məsələlərində qlobal əməkdaşlığın regional dinamikasını stimullaşdırmaqdır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az