"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının sakinlərin istifadəsinə veriləcəyi vaxt açıqlanıb.
"Azərbaycan Dəmir Yolları" QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Mediainfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, stansiyanın noyabrın 25-dən vətəndaşların ixtiyarına verilməsi nəzərdə tutulub.
QSC rəsmisi qeyd edib ki, qatarların hərkət qrafikində dəyişiklik barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Sabunçu-Pirşağı xəttinin açılış mərasimində iştirak edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































