"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İstehsalat Birliyinə olan borc məsələsi həll olunmayana qədər qazın açılışına icazə verilməyəcək.
Bunu Mediainfo.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar gedir: "Razılıq əldə olunması ilə bağlı deyilənlər doğru deyil. Razılıq sənədləri olub, amma bu razılıq faktiki borcun nə qədər olması barədədir. Amma borc ödənilməmiş qazın verilməsi barədə razılıq olmayıb və hazırda da danışıqlar aparılır. Noyabrın 1-nə olan məlumata görə, "Azəristiliktəchizat"ın "Azəriqaz"a 29 milyon manatdan artıq borcu var. Borc danışıqları bitməyincə, qazın verilməsindən söhbət gedə bilməz".
Xatırladaq ki. "Azəristiliktəchizat" ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.
Bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev demişdi ki, Azəriqaz-a olan borc vətəndaşa təsir etməyəcək.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































