Ombudsman tələbə yataqxanaları ilə bağlı məsələ qaldırdı

Ombudsman tələbə yataqxanaları ilə bağlı məsələ qaldırdı

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında 2020-ci ilin büdcə layihəsi ilə bağlı müzakirələr davam etdirilib.

Mediainfo.az-ın məlumatına görə, Maliyyə naziri Samir Şərifov bildirib ki, hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub.

Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə deyib ki, rəhbəri olduğu qurum tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib.

Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova da müxtəlif təkliflərlə çıxış edib.

Ombudsmanın fikrincə, ölkədə zorakılıq qurbanları olmuş qadınlar üçün regional mərkəzlər tikilməsinə, bununla bağlı sosial çarxlar, maarifləndirici proqramların hazırlanmasına ehtiyac var.

"Həmçinin, ölkədə mövcud olan psixiatriya mərkəzlərinin yenidən qurulması və yenilərinin tikilməsi, tələbə yataqxanalarının inşa olunması zərurəti yaranıb", - deyə o əlavə edib.

Deputatlar sənədin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət münasibət bildiriblər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az