Azərbaycandan Rusiyaya getmək istəyən yük maşınları Samur Gömrük Postunun qarşısında çətinliklə üzləşib.
Mediainfo.az-ın bölgə müxbiri xəbər verir ki, meyvə-tərəvəzlə dolu yüzlərlə maşın dörd gündür sərhədi keçə bilmir.
Rusiyanın ayrı-ayrı şəhərlərinə meyvə-tərəvəz apardıqlarını deyən sürücülər bildirir ki, avtomobillərdə soyuducu işləsə də, kənd təssərrüfatı məhsulları artıq xarab olmaq üzrədir.
Yaranmış problemlə bağlı Samur Gömrük Postunun rəisi Eyvaz Əliyev saytımıza açıqlamasında bildirib ki, Azərbaycan tərəfdən həm yük, həm sərnişin avtomobillərinin qonşu ölkəyə buraxılmasında heç bir problem yoxdur.
Problem həm mövsümlə bağlı yük maşınlarının sayının artması, həm də qonşu Rusiyanın keçid məntəqəsində təmir işləri aparması ilə əlaqədardır.
E.Əliyev deyib ki, sıxlıq Gürcüstan-Rusiya sərhədində yaranıb. Avtomobillər də Rusiyaya keçmək üçün alternativ olaraq Samur Gömrük Postunu seçir. Bütün bunlara baxmayaraq, problemin tam həlli üçün Azərbaycan gömrükçüləri rusiyalı həmkarları ilə danışıqları davam etdirirlər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































