"Plastik tullantılarla mübarizə aparmaq hədəf deyil, əsas hədəf plastik tullantıların idarə olunmasıdır. Demək olar ki, istifadə etdiyimiz məmulatlar plastik, kimya məmulatlarıdır. Onların qadağan olunması, məhdudlaşdırılması və ya onları gətirənlərə qarşı xüsusi tədbirlərin görülməsi, hesab edirəm ki, düzgün yanaşma olmazdı. Burada əsas olan ondan alınan tullantının düzgün idarə olunması, təkrar emala qaytarılmasıdır".
Mediainfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransı zamanı deyib. Nazir vurğulayıb ki, bununla bağlı biz keçən ildən hazırladığımız proqram bu il də davam edir: "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı icra olunur. Burada həm dövlət orqanları ilə razılaşdırma, həm təhsil müəssisələrində, təbiətə ziyan vurmasının qarşısının alınması üçün maarifləndirmə işləri aparılır. Bunun yeganə yolu onun təkrar emala qaytarılmasıdır. Təkrar emal üçün daha çox müəssisə yaratmalıyıq. Təşkilatları stimullaşdırmağa çalışırıq ki, tullantıların emalı sahəsini inkişaf etdirsin. Bu hədəfdir. Birgə iş yaradılmalıdır. Təbiətin qorunması təkcə dövlətin işi deyil. Burada cəmiyyət, vətəndaş iştirak etməlidir. Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir".
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































