Hazırda ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır.
Mediainfo.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir bildirib ki, təhsil kreditlərinin verilməsi əlavə dəstək mexanizmlərindən yalnız biridir: "Amma bu, ödənişli təhsil alan tələbələr üçün yeganə dəstək mexanizmi deyil. Hazırda əlavə dəstək mexanizmləri üzərində iş gedir. Konkret olaraq hansı formada dəstək mexanizmlərinin olacağı barədə növbəti aylarda daha geniş məlumat veriləcək".
C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi ali məktəblərə təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxmağı tövsiyə edib: "Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar. Ödənişli təhsil alan tələbələrin təhsil haqqı ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər".
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































