Bakı sakini uşağına aldığı qidanın içindən qurd çıxdığını iddia edir.
Bu barədə o, Trend-ə videomüraciət edib. Onun sözlərinə görə, Biləcəri qəsəbəsində yerləşən aptekdən aldığı "Nutrilak" uşaq qidasının içindən qurd çıxıb. Vətəndaş bu barədə aidiyyəti qurumlara müraicət də edib.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) araşdırmalar başlanıb. Agentlikdən Trend-ə bildirilib ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək:
"Qeyd etdiyiniz məsələ ilə bağlı vətəndaş Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi"nə məlumat verib. Məlumat qeydə alındıqdan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyində aidiyyəti üzrə araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, qida məhsullarının, xüsusilə uşaq qidalarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı şübhələri olarsa, bu sahədə neqativ hallarla rastlaşsalar, müəssisənin və məhsulun adı, ünvanı, istehsal tarixi və s. konkret məlumatları qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edərək məlumat versinlər".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































