Gələn ilin ilk yarısında Bakı şəhərinin sakinləri və qonaqları paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart" təmassız ödəniş kartlarının balansını onlayn qaydada artıra biləcəklər. Mediainfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır. Kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacağı da istisna deyil.
Şəhərin ictimai nəqliyyatının tam olaraq kart sisteminə keçidi özü ilə digər bir yeniliyi gətirəcək – sərnişinlərə bütün avtobus marşrutlarının hərəkətini real vaxt rejimində izləyə biləcəklər. Bu gün "BakuBus"ın avtobuslarının hərəkətini internet səhifəsindən necə izləmək olursa, eləcə də digər marşrut avtobuslarının hərəkətini də görmək mümkün olacaq", - deyə M. Ağayev qeyd edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































