Səhiyyə Nazirliyi Goranboy rayonu Xanqərvənd kəndində qonşuları tərəfindən ata bağlanaraq sürüdülən qadının vəziyyəti ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən Mediainfo.az-a verilən məlumata görə, Goranboy rayonu Xanqərvənd kənd sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Faktla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Qeyd edək ki, Goranboy rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova ilə qonşuları arasında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































