Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətə daha açıq olmaq və vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün bu həftədən etibarən rəsmi "Facebook" səhifəsində canlı yayıma start verir.
Nazirlikdən Mediainfo.az-a verilən məlumata görə, sosial sahədə aparılan islahatlarla bağlı vətəndaşları maraqlandıran bütün suallara canlı yayımda, "Sosial saat"da aydınlıq gətiriləcək.
Açıq nazirlik statusunu öz fəaliyyətdə tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər həftə sosial sahə üzrə yeni mövzu və qonaqlarla rəsmi Facebook səhifəsi izləyicilərinin qarşısına gələcək.
Beləliklə, facebook izləyiciləri sosial sahə ilə bağlı onları maraqlandıran suallarını birbaşa canlı yayımda ünvanlaya biləcəklər.
Hər dəfə növbəti canlı yayımın mövzusu və qonaq barədə izləyicilərə əvvəlcədən məlumat veriləcək.
"Sosial saat" - hər həftənin cümə axşamı saat 11-də.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































