Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin bu yaxınlarda açıqladığı yeni hesabatına görə, dünyada ən çox spirtli içki Avropada istehlak olunur. 2016-cı ildə Avropada 291 100 insan spirtli içkilərin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. 20-24 yaşlılar arasında hər 4 ölümdən biri spirtli içkilər səbəbindəndir. Orta hesabla kişilər qadınlardan 4 dəfə daha çox içirlər.
Mediainfo.az-ın məlumatına görə, Azərbaycanın açıqladığı rəsmi statistik məlumatlara əsasən, ötən il ərzində ölkədə narkoman kimi qeydiyyatda olan insanların sayı artsa da, alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olanların sayı azalıb.
2018-ci ildə Azərbaycanda 20 401 nəfər alkoqolizm və alkoqol psixozu diaqnozu ilə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub ki, bu say 2017-ci ildə 21 364 nəfər, 2015-cı ildə 21 777 nəfər olub.
Ötən ilin məlumatına görə, Azərbaycanda əhalinin hәr 100 000 nәfәrindən 206,9-na alkoqolizm və alkoqol psixozu diaqnozu təyin edilib. Bu say 2005-ci ildə daha yüksək olub. Həmin ildə əhalinin hәr 100 000 nәfәrindən 230,1 nəfəri (həmin ildə qeydiyyatda olan belə şəxslərin sayı 19 403 olub) alkoqolizm və alkoqol psixozu qoyulmuş şəxs olub.
Ötən il 508 nəfərə ilk dəfə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulub. Bu say 2017-ci ildə 618 , 2015-ci ildə 619 olub.
Keçən il Azərbaycanda alkoqollu içkilərin pərakəndə ticarət dövriyyəsinn həcmi 361,7 milyon manat olub ki, bu məbləğ 2017-ci ildə 337,4, 2015-ci ildə 306,2 milyon manat olub.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































