Ötən gün axşam saatlarında Bakıda yaşayış binasında baş verən yanğında iki nəfər zəhərlənərək xəstəxanaya çatdırılıb.
Mediainfo.az-in məlumatına görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində qeydə alınan yanğın zamanı iki nəfər bina sakini, 1974-cü il təvəllüdlü İmanova Rühəngiz Kərəm qızı və 2004-cü il təvəllüdlü Umudova Hüsniyyə Azər qızı zəhərlənərək 1 saylı Kliniki Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər.
Şöbədən Mediainfo.az-a verilən məlumata görə, hər iki şəxsə dəm qazından yüngül zəhərlənmə diaqnozu qoyulub. Bildirilib ki, xəstələrin səhhətində ciddi problem olmadığından onlar ambulator müalicəyə yola salınıblar.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirlyinin yaydğı məlumata görə, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxinin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































