Taras Şevçenko adına Kiyev Milli Universitetində "İnformasiya cəmiyyətində Azərbaycanın iqtisadi təhlükəsizliyi" mövzusunda elmi iş müdafiə olunub.
Mediainfo.az xəbər verir ki, azərbaycanlı Kənan Salayevin elmlər namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyanın müdafiəsində Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Ukrayna Elmlər Akademiyasının, Kiyev Milli Universitetinin və digər ali təhsil ocaqlarının professor heyəti iştirak edib.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Müdafiəyə çıxarılan elmi iş barədə ətraflı məlumat verildikdən sonra K.Salayev Azərbaycanın iqtisadi uğurları, inkişaf dinamikası, təhlükəsizliyi barədə geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, xarici ölkələrlə əməkdaşlığın inkişafı fonunda Azərbaycanın iqtisadi təhlükəsizliyi əhəmiyyətli dərəcədə artmaqdadır. Ölkənin makro və mikro iqtisadi layihələrində iqtisadi təhlükəsizlik, milli maraqlar ön planda dayanır. Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir edən amillərdən biri də əlverişli demoqrafik vəziyyətdir.
Daha sonra elmi işin rəhbəri, iqtisadi elmlər doktorlu, professor Oksana Jilenska çıxış edərək dissertasiyanın mövzusu haqqında fikirlərini bildirib. Digər çıxışlardan sonra K.Salayev professor heyətinin elmi işlə bağlı suallarını cavablandırıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































