Özbəkistan Yazıçılar İttifaqı, "Kitob dunyasi" qəzeti və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Milli Məclisin deputatı Qənirə Paşayevanın özbək dilində çap olunan "Aç qapını" kitabının təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, paytaxtdakı diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbiri Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Fayrat Majid açaraq Qənirə Paşayevanın yaradıcılığı haqqında danışıb.
Alim və tərcüməçi Babaxan Şərif Qənirə Paşayevanın şeirlərində vətən, ana mövzusunun əsas yer tutduğunu söyləyib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi gördüyü işlərdən danışıb. O deyib ki, Q.Paşayeva deputat seçilməmişdən əvvəl jurnalist kimi fəaliyyət göstərib.
Özbəkistanın Xalq şairi Camal Kamal böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimini çox sevdiyini, Nizaminin "Xəmsə"sini artıq özbək dilinə tərcümə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, poemaların dördü artıq nəşr edilib, biri də çap ərəfəsindədir.
Dosent Adxambek Alimbekov, şairlər Qoşqor Norkobil, Tura Mirzə, Xasiyyət Rüstəm, tərcüməçi Şermurat Subxan və başqaları Qənirə Paşayevanın şeirlərinin qısa zamanda Özbəkistanda sevildiyini, hətta şeirlərinə mahnılar bəstələndiyini diqqətə çatdırıblar.
Qənirə Paşayeva kitabı özbək oxucularına çatdırdığına görə Xasiyyət Rüstəmə minnətdarlığını bildirib. O deyib ki, Özbəkistanda ta qədimdən Azərbaycanın şair və yazıçıları sevilib, indi də sevilir. Azərbaycanda da özbək şair və yazıçıları çox sevilir. Q. Paşayeva "Xəmsə"ni özbək dilinə tərcümə etdiyinə görə Camal Kamala təşəkkür edib.
Sonra Q.Paşayevanın şeirlərinə yazılmış mahnılar səsləndirilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































