Bal yarmarkasına hazırlıq yekunlaşır.
Mediainfo.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat (ATT) ASC, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri yekunlaşmaq üzrədir.
Bu barədə Mediainfo.az-a ASC-dən bildiriblər və qeyd olunub ki, artıq bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb. Yarmarka təşkil ediləcək sahədə kameralar quraşdırılıb və mütəmadi olaraq həmin kameralardan insanlar üçün onlayn görüntülər paylaşılacaq.
Xatırladaq ki, ötən il güclü küləyin olduğunu nəzərə alaraq paytaxtda yarmarkanın təşkili üçün xüsusi çadırlar gətirilib. Eyni zamanda, soyuq günlərdə həm arıçılar, həm də alıcıların rahatlığını təmin etmək məqsədilə çadırlarda istilik sistemi quraşdırılacaq.
Qeyd edək ki, 28 sentyabr-18 oktyabr tarixlərdə keçiriləcək yarmarka Fətəli xan Xoyski küçəsi 10 ünvanında (Tofiq Bəhrəmov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































