İranın səhiyyə tarixində ilk dəfə olaraq üz köçürülməsi (transplantasiya) tibbi əməliyyatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Tehranın "Şəriəti" xəstəxanasında keçirilən əməliyyat uğurla başa çatıb. Tehranın Tibb Universitetinin üz-çənə əməliyyatları üzrə Elmi Tədqiqat Mərkəzinin rəhbəri, professor Məhəmməd Boyat bildirib ki, əməliyyat 35 yaşlı gəncin üzərində aparılıb. Həmin gənc avtomobil qəzası nəticəsində üzünü tamamilə itirmişdir. Yəni burnu, dodaqları və üzünün əti qəza nəticəsində tamamilə əzilərək bərpa edilməsi mümkünsüz hala düşmüşdü. Onun sözlərinə görə xəstənin burnu, yanaqları yeni texnologiya və yeni metodlar əsasında bərpa edilib. Hazırda xəstə özünü yaxşı hiss edir.
M. Boyat onu da qeyd edib ki, ABŞ və Avropada belə çətin tibbi əməliyyatlar çox nadir hallarda keçirilir. Yaxın Şərqdə İran üz köçürülməsi əməliyyatını həyata keçirməyə başlayan ilk dövlətdir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































