BMT Baş Assambleyasının qərarı ilə bu gün dünya ictimaiyyəti Beynəlxalq Jest Dilləri Gününü qeyd edir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu münasibətlə təşkilatın Baş katibi Antonio Quterreşin müraciətində deyilir: "Bu beynəlxalq gündə jest dillərinin dayanıqlı inkişafa nail olunmasında və heç kimin bu prosesdən kənarda qalmamasında vacibliyi qeyd olunur. Həmçinin, bu əlamətdar gün jest dillərindən istifadə edən bütün insanların dil özünəməxsusluğu və mədəni müxtəlifliyinin qorunması və dəstəklənməsi üçün imkan yaranır".
Beynəlxalq Karlar Federasiyasının məlumatına görə, bütün dünyada 72 milyona yaxın eşitmə qüsurlu insan var ki, onların 80 faizi inkişaf etməkdə olan ölkələrdədir. Ümumilikdə isə, onlar 300 müxtəlif jest dilindən istifadə edirlər.
Jest dilləri danışıq dilindən fərqlənən və fikirləri tam əhatə edən təbii dil sayılırlar. Bundan başqa, kar insanların beynəlxalq tədbirlərdə, səfərlərdə və şəxsi ünsiyyət zamanı istifadə etdikləri ümumi beynəlxalq jest dili var. Həmin dil eşitmə qüsurlu insanlar arasında əsas ünsiyyət vasitəsidir və məhdud leksikona malik olmaqla yerli dillər kimi mürəkkəb deyil.
Jest dillərindən istifadə Əlillərin Hüquqları üzrə Konvensiyada tanınır və dəstəklənir. Sənəddə göstərilir ki, onlar danışıq dilləri statusuna malikdir və təşkilata üzv dövlətlər jest dillərinin öyrənilməsinin asanlaşdırılması, həmçinin karların icmalarının dil eyniliyinin inkişafına dəstək verməlidirlər.
İlk Beynəlxalq Jest Dilləri Günü 2018-ci ildə qeyd olunub. Bu gün həmin gün "Jest dilləri və hamı üçün insan hüquqları" şüarı altında keçirilir. Bu çərçivədə sentyabrın 23-dən 29-dək Beynəlxalq Karlar Həftəsi keçiriləcək.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































