Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb.
Trend-in məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasında baş verib.
Stansiyaya daxil olan qatarın vaqonlarına qəfil tüstü dolub. Platformada sərnişinlər dərhal boşaldılıb və qatar tərkibinə ümumi baxış keçirilib. Qatarda heç bir nasazlıq qeydə alınmayıb. Qatar yenidən sərnişinlərlə birlikdə yola davam edib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, sərnişin qatarında heç bir təhlükə baş verməyib: "Qatar "Gənclik" stansiyasına daxil olarkən vaqonlara tüstü dolduğundan sərnişinlər boşaldılıb və qatara baxış keçirilib. Məlum olub ki, sərnişin qatarından əvvəl stansiyadan sınaq qatarı keçib və həmin qatarın əyləc yastıqlarında sürtünmə zamanı tüstü yaranıb. Nəticədə tunelə tüstü dolub. Narahatlığa heç bir əsas yoxdur. Hazırda qatarlar normal qrafiklə hərəkət edir".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































