Sağlam və gözəl dişlərə sahib olmağın bir yolu da onlara göstərilən qulluqdan asılıdır. Bəzən istifadə olunan diş məcunları ağız boşluğunun təmizliyinə qulluq etsə də, onları seçərkən tərkibini araşdırmaq asan olmur. Əslində isə onların faydalı və ya zərərli olduğunu yoxlamağın sadə yolu var. Belə ki, üzərindəki kiçik xətli şriftli yazılarda mühüm məlumatlar əks olunur.
Mediainfo.az xəbər verir ki, Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Abdullayevanın dediyinə görə, qara xətli diş məcunlarının təbii komponenti yoxdur, tamamilə sintetik mənasını verir, onun tərkibində damaq ətini zədələyən maddələr daha yüksəkdir.
Qırmızı cizgi qabdakı təbii tərkibə süni əlavələrin qarışması deməkdir. Ondan istifadə dişlərin ağarmasına kömək etsə də, bir müddət sonra zədələnməsinə aparıb çıxarır. Göy xətt olan məcunlarda təbii tərkibə müalicəvi inqrediyentlər daxildir, damaq ətinin möhkəmlənməsi və profilaktikası üçün istifadə olunur. Yaşıl cizgi isə istifadə olunan məhsulun kimyəvi əlavələrsiz təbii maddələrdən ibarət olduğunu ifadə edir. Ona görə də diş məcunundan istifadə edərkən üzərində yaşıl xətt olana üstünlük verilməsi daha məsləhətdir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































