Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Mediainfo.az-a Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gündüz yağıntıda qısamüddətə fasilə olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 1-3°, gündüz 6°-dək isti olacaq. Bakıda gecə 1-3°, gündüz 6°-dək isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında martın 24-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




















































