Qadınlara ali hərbi məktəblərdə təhsil almaq imkanı yaradılması təklif edilir.
Mediainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Belə ki, məruzdə qadınların təhsil və bərabərlik hüququnun təmin edilməsi məqsədi ilə onların xüsusiləşdirilmiş ali hərbi təhsil müəssisələrində təhsil almaq üçün müraciət etmək imkanlarının təmin olunması təklif edilir.
Həçinin məruzədə çağırışçıların hüquqlarının səmərəli qorunması baxımından, həmçinin Silahlı Qüvvələrin şəxsi heyətinin sağlamlığını daha səmərəli təmin etmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında fəaliyyət göstərən Çağırış və Hərbi həkim komissiyalarına peşəkar mütəxəssislərin cəlb edilməsinə diqqətin artırılması və bu komissiyaların fəaliyyətinə nəzarətin gücləndirilməsi təklifi əksini tapıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































