Martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































