Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təkliflərə münasibət bildirib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Dövlət Komitəsinin sədri APA-ya açıqlamasında deyib ki, bu funksiyanı yeni yaradılmış mediasiya orqanları yerinə yetirməyə çalışacaqlar.
B. Muradova bu sahədə müxtəlif ölkələrin müxtəlif təcrübələrin olduğunu qeyd edib:
“Azərbaycanda bu məsələlərlə məşğul olan hakimlər korpusu da var. Ailə məsələləri ilə bağlı işlərə konkret hakimlər baxır. İstənilən halda bu məsələlərə sistemli yanaşmaya ehtiyac var. Ailə psixoloqu institutu da formalaşmalıdır, bu, çox vacibdir.
Bu cür hadisələrin baş verməsinin əksəriyyətinin səbəbi məhz həmin sahədə olan çatışmazlıqla bağlıdır. O cümlədən məktəb psixoloqu institutuna da geniş çərçivədə yanaşılmalıdır. Sahə mütəxəssisləri yetişdirilməlidir”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































