Latviya Nazirlər Kabinetinin sabahkı iclasında Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq üzrə sənədlər paketi müzakirəyə çıxarılacaq.
Mediainfo.az xəbər verir ki, bu məlumatı “Bb.lv” saytı yayıb. Məlumata görə, sənədi Latviya müdafiə naziri Artis Pabriks təqdim edəcək. Müzakirəyə təqdim edilən sənədin konfidensial xarakter daşımadığı bildirilib.
Yeni sənəddə Azərbaycanla Latviya arasındakı əməkdaşlığın milli maraqlara xidmət etdiyi və heç bir üçüncü dövlətə qarşı yönəlmədiyi vurğulanıb. Ümumilikdə sənəddə 15 istiqamətdə əməkdaşlığın müəyyən edildiyi bildirilib. Bunlar sırasında siyasətdən dalğıcların hazırlığı strategiyaya qədər, bir sıra istiqamətlərin yer aldığı qeyd edilib.
Tərəflərin hərbi sənaye kompleksi sferasında, hərbi geodeziya, topoqrafiya, informasiyası və meteorologiya, hərbi tibb, logistika sahəsində də qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətində olduğu bildirilib.
Bundan başqa tərəflərin hər il tədbirlər planı hazırlayacağı və qarşılıqlı səfərlər təşkil edəcəyi deyilib.
Sayt sənədin NATO rəhbərliyi ilə razılaşdırıldığını yazıb. Üstəlik, bunun sayəsində Bakıya dəstəyin verildiyi vurğulanıb.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































