Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır.
“Vəziyyətində heç bir dəyişiklik yoxdur. Həkimlər ötən gecə başının üstündə olublar, durumunu izləyiblər. Dünən ürəyində aritmiya olub. Bu gün normala düşüb və vəziyyəti stabil ağır olaraq qalır”, - o qeyd edib.
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































