Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət almaqda təqsirli bilinərək saxlanılan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olduğuna dair iddialar irəli sürülüb.
Mediainfo.az xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.
O qeyd edib ki, həmin iddialar həqiqətə uyğun deyil:
“Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olmasına dair məlumatlar yalandır”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































