Horadiz, Ağbənd, Zəngilan dəmir yol xəttində yanvar ayından bu günə qədər 1323 ədəd piyada və tank əleyhinə mina, 14 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Mediainfo.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentiyinin (ANAMA) nümayəndəsi İdris İsmayılov Horadiz, Ağbənd, Zəngilan dəmir yol xəttində həyata keçirilən minatəmizləmə işləri barədə danışarkən deyib.
“Artıq 1 milyon 275 min kvadratmetr ərazi tam olaraq təmizlənib və aidiyyəti üzrə təhvil verilib. Hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Mehdili ərazilərində təmizləmə işləri aparılır. Son iki gündə 32 ədəd tank əleyhinə mina zərərsizləşdirilib. Dəmir yolu xəttində minatəmizləmə işləri üçmərhələli şəkildə həyata keçirlir”, - deyə o bildirib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































