Hər bir binanın istismar müddəti var. Onların statistikası hələ ki, hazırlanır.
Mediainfo.az xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O bildirib ki, bu il Bakıda istismar müddəti bitən binaların yenilənməsi barədə məlumatlar toplanır:
“Bu gün bu barədə statistika vermək mümkün deyil. Yəqin ki, bu barədə məlumatlar ilin sonunda təqdim ediləcək hesabatlarda öz əksini tapacaq.
Ümumiyyətlə bina və yaşayış məntəqəsindən asılı olaraq tikililərin yenilənməsi, söküb yenidən tikilməsi və ya restavrasiyası prosesləri var.
Yenilənməyə, sökülməyə zərurət olan binalar Bakının Baş Planında nəzərdə tutulacaq. Bütün bunlar müvafiq qaydalara uyğun şəkildə proqnozlaşdırılır”.
Qeyd edək ki, Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur.
Bakı meriyasından bildirilib ki, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur:
"Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yararsız olması və insanların köçürülməsi barədə bizə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinetinə də artıq müraciət etmişik”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































