“Bu oğlan mənim oğlumdur. 1996-cı il doğumlu Qələndərli Cavad. O baş leytenantdır. Vətən Müharibəsində Suqovuşan uğrunda gedən ağır döyuşlərdə yaralanıb”
Mediainfo.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu qazimizin anası Ülkər Həsənova deyib. O, bildirib ki, oğlu 9 aydır xəstəxanalarda müalicə alır. Bədəninin 50 faizdən çoxu iflicdir və çox ağır durumdadır. Hazırda yataq şəraitindədir və əlil arabası ilə hərəkət edir:
“Sağ olsun xalqım, sıravi insanlar bizə dəstək olur. Oğlumun Kapital Bankda kredit borcu var. 8 aydır mən bunlara yalvarıram, müraciət edirəm ki, biz bu borcu ödəmək iqtidarında deyilik. Xəstəyə baxmaq, onun ehtiyaclarını ödəmək nə deməkdir, yəqin ki, bilən var.
Bank isə buna əhəmiyyət verməyərək hər ay avtomatik oğlumun maaşını borca cıxır. Yarımcan, yorğan döşəkdə yatan torpaq uğrunda canını qoyan 25 yaşından əlil arabasına möhtac qalan bu vətəndaş borcunu ödəməyibmi görəsən?
Mənə çöl qapını göstərən bank müdiriyyəti, bu oğlanların hesabına bu gün varsınız. Ar olsun sizlərə”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































