Ötən gün Gürcüstan vətəndaşı olan 4 azərbaycanlı Almaniyadan deportasiya edilib.
Mediainfo.az xəbər verir ki, bir ailənin üzvü olan 4 azərbaycanlı ötən gecə polis və miqrasiya idarəsinin əməkdaşlarının müşayiəti ilə Berlin Şönefeld hava limanına gətiriliblər. Onlar hava limanında sürətli koronavirus testi verdikdən sonra Münhen-Tiflis reysini həyata keçirən Türkiyə Hava Yollarına məxsus təyyarəyə mindiriliblər.
Məlumata görə, ailə 2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Lakin onlar Berlin Miqrasiya İdarəsi tərəfindən rədd cavabı alıblar. Ailə daha sonra məhkəməyə müraciət edib. Məhkəmə miqrasiya idarəsinin verdiyi qərarı qüvvədə saxlayıb. 2020-ci ildə ailəyə möhlət hüququ verilsə də, onlar ölkəni tərk etmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq alıblar.
Məlumat üçün bildirək ki, bu ilin fevral-aprel aylarında aralarında azərbaycanlıların da olduğu 505 nəfər Gürcüstan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































