2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Mediainfo.az-ın məlumatına görə, ölkəmizə gələnlərin 32,7 faizi Rusiya Federasiyası, 27,6 faizi Türkiyə, 16,7 faizi İran, 10,8 faizi Gürcüstan, 2,5 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6 faiz olmaqla Türkmənistan və Almaniya, 0,5 faizi İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 92,6 faizini kişilər, 7,4 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə, Türkmənistandan - 6,9 dəfə, Qazaxıstandan - 5,7 dəfə, Özbəkistandan - 3,8 dəfə, Rusiya Federasiyasından - 3,1 dəfə, Ukraynadan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,7 dəfə, Belarusdan - 1,8 dəfə, Türkiyədən - 1,5 dəfə, İrandan - 1,2 dəfə azalıb.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,1 faizi hava, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































