Sabah Azərbaycanda əsl yay havası gözlənilir: 30-35 dərəcə isti

Sabah Azərbaycanda əsl yay havası gözlənilir: 30-35 dərəcə isti

Azərbaycanda mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Mediainfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, 8-13 m/s-dək güclənəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 19-da gündüz Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az