Qərb və ərəb mətbuatı “Assoşeyited Press” (AP) agentliyinin DJ-lərin (“Disk Jokey”) dünya çempionatında 85 iştirakçı arasında 14-cü yeri tutan 9 yaşlı azərbaycanlı qız Mişel Rəsulun məharətindən bəhs edən məqaləsini yayıb.
Mediainfo.az xəbər verir ki, musiqi və disko səslərini idarə etməyi atası Vaqif Rəsulovdan öyrəndiyini söyləyən balaca Mişel hələ 5 yaşında, oxumağı və yazmağı yeni öyrəndiyində, bu sənətə meyil göstərib. Onun DJ-lik etdiyi musiqi parçaları arasında Azərbaycan təranələri də var.
COVID-19 səbəbindən bu il videoformatda keçirilən dünya çempionatında münsiflər heyətini heyran edən balaca qız AP agentliyinə müsahibəsində deyib ki, onun arzusu dünyanın ən məşhur “Disk Jokeyi” olmaqdır.
“Çempionatın ən gənc iştirakçısının dünyaşöhrətli rəqiblərini geridə qoyması göstərdi ki, Mişelin arzusu yerinə yetəcək”, - deyə agentliyin məqaləsində yazılıb.
Mişelin anası, keçmiş skripkaçı Səidə Rəsulova da qızının musiqi səslərini belə cəld idarə etməsinə təəccüb etdiyini deyib.
O deyib ki, balaca qızın sosial şəbəkədəki səhifəsi artıq 110 mindən çox izləyici toplayıb, dünyanın hər yerindən olan DJ-lər ona ismarışlar göndərirlər. Bundan başqa, Mişel pandemiyadan əvvəl keçirilən toy şənliklərinə də dəvət edilirdi.
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq




















































