“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur.
Mediainfo.az xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Bu proses gecə ərzində respublikanın demək olar, əksər rayonlarında müşahidə olunacaq.
Umayra Tağıyeva qeyd edib ki, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir:
“Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək”.
Xidmət rəisinin sözlərinə görə, növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq:
“Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































