Ş-da erməni lobbisi Türkiyəyə qarşı öz çirkin niyyətlərini həyata keçirmək üçün yeni “strateji yol xəritəsi” hazırlayıblar.
Mediainfo.az xəbər verir ki, bunu türkiyəli ehtiyatda olan kontr-admiral Cihad Yaycı ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Amerika Erməni Milli Komitəsi yeni “strateji yol xəritəsi” barədə məlumat da verib:
“Erməni lobbisinin Türkiyəyə qarşı “yol xəritəsi” aşağıdakı maddələrdən ibarətdir:
1. Leqallaşdırmaq: 1915-ci il hadisələrinin anım günlərini sərgi və muzeylərlə leqallaşdırmaq. Həm ABŞ-da, həm də digər ölkələrdə rəsmi olaraq anım günü keçirmək;
2. Təhsil: ABŞ və digər ölkələrdə “soyqırım” məsələsini tədris planına daxil etmək;
3. Qanuni alternativ vasitələr tətbiq etməklə fərdi və ümumi şəkildə həm təzminat davası, həm də cinayət işlərinin açılması;
a) Fərdi səviyyədə qaldırılan məhkəmə prosesləri (məsələn, 2010-cu ildə “İncirlik” bazasının erməni fermerlərinə məxsus kənd təsərrüfatı ərazisi olduğu iddia edilib).
b) Quruluşlar səviyyəsində qaldırılan məhkəmə prosesləri (məsələn, erməni kilsələri və kilsə mülkləri).
4. Türkiyə və müttəfiqlərinə problem yaratmaq üçün onlara qarşı lobbi fəaliyyətlərinə başlamaq;
5. Türkiyəni dəstəkləyən Pakistanı hədəf göstərmək. Məqsəd Pakistan əleyhdarı amerikalı müttəfiqlərlə sıx əlaqə saxlayaraq, Konqres üzvlərinin diqqətini nüvə silahı mövzusunda Türkiyə-Pakistan əməkdaşlığına yönəltməkdır”.
C.Yaycı bildirib ki, ermənilərin yol xəritəsi 4T-dir: Terror-Tanıma-Təzminat-Torpaq.
"Çox təəssüf ki, bunların ikisi artıq reallaşıb. Digər iki məqsədlərinə çatmaq üçün artıq hərəkətə keçiblər. Türkiyə bunun qarşısını almaq üçün tədbirlər görməlidir. Buna görə də ermənilərin türklərə qarşı törətdiyi qətliamları önlərinə qoymalıyıq. Təcili olaraq hücum diplomatiyasına keçmək lazımdır”, - C.Yaycı vurğulayıb.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































