Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 2-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarında intensiv olub, Şahdağda qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-4, Naxçıvan MR-da 6-13, Naxçıvanda 42 (aylıq normanın 106 faizi), Şərurda 20 (aylıq normanın 44 faizi), Kiçik Qafqazda 3-16, Göygöldə 42 (aylıq normanın 39 faizi), Böyük Qafqazda 1-14, Zaqatalada 26 (aylıq normanın 21 faizi), Qusarda 23 (aylıq normanın 42 faizi), Qazax-Gəncədə 7-9; Mərkəzi-Aranda 1-9, Lənkəran-Astarada:1-6 mm təşkil edib.
Qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 1 sm olub. Mayın 1-i saat 16:20 radələrində Naxçıvana diametri 6 mm olan dolu yağıb.
Respublikanın daxili çaylarında yağan leysan yağışlarla əlaqədar çaylarda sululuq artıb, mayın 2-də Kiçik Qafqazın ərazisindən axan Qoşqarçayda suyun səviyyəsində 47, Kürəkçayda 25, Əsrikçayda 23, Zəyəmçayda 17, Gəncəçayda 13, Axınçaçayda 12 sm artım, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda, Gilgilçayda, Harmidorçayda 2, Qudiyalçayda isə 1 sm artım müşahidə olunub.
Tranzit çaylarda mayın 2-də Araz çayının Qıvraq məntəqəsində (Naxçıvan MR) suyun səviyyəsində 40, Kür-Qıraqkəsəməndə 18, Qanıx-Cəlayirdə isə 17 sm artım müşahidə olunub. Mayın 2-də Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3, Şirvanda 2 sm artıb, Bankə məntəqəsində isə səviyyə dəyişməyib
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq




















































