Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun Əfqanıstandan çıxarılması Vaşinqtonda təşkil olunmuş və koordinasiya edilmiş kimi təqdim edilsə də, bu, adi qaçışdır. Amerikalılar müharibəni uduzublar və indi bu ölkəni taleyin ümidinə buraxırlar.
Mediainfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatına (KTMT) üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin iclasının yekunlarına əsasən bəyan edib.
Patruşev xatırladıb ki, bu oyunu məhz amerikalılar qurublar - Əfqanıstanı bölgədə öz geosiyasi təsir məkanına çevirmək məqsədi güdüblər.
«Məhz ABŞ - indi özünün Əfqanıstanda hərbi iştirakını yığışdıran ölkə, SSRİ-yə qarşı durmaq üçün öz vaxtında «Taliban»ı yaradıb və ardınca ondan «Əl-Qaidə» çıxıb - Patruşev izah edib - Artıq bir neçə onillikdən sonra Rusiya və onun həmkarları Amerika geopoltikasının ağır nəticələrini aradan qaldırmaqla məşğuldurlar, illərdir ki, ölkədə sabitlik yaradılması üzərində işləyirlər. Və elə həmin vaxt amerikalılar bu dağıdıcı oyunlarla məşğul olublar…»
O, qeyd edib ki, Rusiya əfqan tənzimləməsində təşəbbüsü heç vaxt əldən verməyib, KTMT üçün isə Əfqanıstandakı situasiya artıq neçə ildir ki, prioritet fəaliyyət sahəsi sayılır. Bu zaman Rusiya Əfqanıstanda tərəflərin barışması və sabitlik üzrə bütün maraqlı dövlətlərin səylərini dəstəkləyir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































