Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Mediainfo.az xəbər verir ki, aprel ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Ağgöl” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraqların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanıb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradılması qeyd olunmuş, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qayğının növbəti təzahürü olmasını bildirilib.
Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kompleksinə baxış keçiriblər. Burada şəxsi heyətin xidmətinin yüksək səviyyədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edilmiş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.
Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltifləndirildikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.
Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıqlarını nümayiş etdiriblər.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































