Azərbaycanda daha 1 392 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda daha 1 392 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 392 yeni yoluxma faktı qeydə alınıb, 2 274 nəfər müalicə olunaraq sağalıb.

Mediainfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib. 26 125 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, bu günə qədər isə ümumilikdə 3 229 867 test icra olunub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az