İstifadə etdiyimiz maskalar bizi həqiqətən qoruyur? – Həkim

İstifadə etdiyimiz maskalar bizi həqiqətən qoruyur? – Həkim

Koronavirus hissəciklərinin diametri 0.06-0.14 mikrondur, gündəlik istifadə edilən maskaların məsamələri isə bu ölçülərə nəzərən daha böyükdür. Belədə sual yaranır: maskalar bizi koronovirusdan həqiqətənmi qoruyur?

Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla axar.az-a acıqlamasında bildirib ki, müxtəlif maskaların fərqli keçiricilik qabiliyyəti olur:

“Bəzi maskalar daha az, bəziləri isə daha çox keçiricilik qabiliyyətinə malikdir. Koronavirus isə öz ölçüsü ilə havadan maskaya qonmur. Bu virus insandan insana nəfəs yolları ilə, danışarkən, asqırıb-öskürərkən tüpürcək damcıları ilə keçir. Bu koronoviruslu damcıların ölçüləri isə maskadakı məsamələrdən qat-qat böyükdür. Yəni koronoviruslu damcıların həcmi qat-qat böyük olduğundan, maskaların məsamələrindən keçə bilmir”.

Həkimin sözlərinə görə, yalnız müəyyən müddətdən sonra maskalar islanır və yoluxuculuq qabiliyyəti artır. Buna görə də maskalar 2-3 saatdan bir dəyişdirilməlidir.

Daha etibarlı qorunmaq üçün iki maskadan üst-üstə istifadə edilməsinə gəlincə, A.Qeybulla deyib ki, düzgün istifadə edilmirsə, iki maskanın üst-üstə geyinilməsinin bir mənası yoxdur:

“Maskaları saatlarla cibdə, çənədə saxlayanda əlbəttə ki, maska yararsızlaşır. Maskadan düzgün istifadə edilsə, biri kifayətdir”.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az