Vətən müharibəsində ağır yaralanan daha 12 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan Mediainfo.az-a verilən məlumata görə, qazilərin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlanılacaq.
“Allah qazilərimizə şəfa versin! Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir”, - məlumatda bildirilib.
Qeyd olunub ki, YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Həmin qazilərin adlarını təqdim edirik:
1. Ələkbərov İlkin Elçin oğlu
2. Atakişiyev Yusif Fariz oğlu
3. Kazımov Kənan Çinar oğlu
4. Eyvazov Səbuhi Rahim oğlu
5. Seyfullayev Havil Səyədullah oğlu
6. Osmanov Zamir Şakir oğlu
7. Quliyev Şahmar Anar oğlu
8. Abdullayev Pərvin Dövlət oğlu
9. Əliyev Arzu Könül oğlu
10. Məmmədkərimov Nicat Əfsun oğlu
11. Musayev Bəhman Natiq oğlu
12. Hüseynov Ülvi Məsum oğlu
Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































