İrəvan meri Ayk Marutyan Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının məsuliyyət zonasına gəlib.
Mediainfo.az xəbər verir ki, bu barədə Marutyanın mətbuat katibi məlumat yayıb.
Qeyd edilib ki, Marutyan Xankəndidə “şəhər meri” kimi özünü təqdim edən David Sərkisyan adlı şəxslə görüşəcək.
İrəvan rəsmisi bu görüşü yenə də həyasızcasına “iki paytaxt arasındakı əlaqələr” kimi təqdim edib.
Qeyd edək ki, rus sülhməramlıları 10 noyabr 2020-ci il bəyanatının şərtlərinin yerinə yetirilməsi üçün erməni tərəfinə tələblər ürəli sürmək əvəzinə bu müddəaları pozması, yenidən həyasız torpaq iddialarına əsas verən addımlar atmalarına şərait yaradır. Bəyanata görə, Ermənistan hərbi birliklərinin Azərbaycan ərazilərindən çıxması rus sülhməramlılarının yerləşməsi ilə eyni vaxtda baş verməli idi. Rus sülhməramlıları 6 aydır yerləşsə də, erməni qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazilərini tərk etməyib.
Eyni zamanda, Laçın dəhlizi yalnız Qarabağda yaşayan erməni əhalinin Ermənistanla əlaqəsi üçün nəzərdə tutulsa da, Ermənistan bu dəhlizdən Azərbaycanın ərazisini pozmaq üçün gen-bol istifadə edir və rus sülhməramlıları da buna şərait yaradırlar.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































