Cənubi Kipr lideri Nikos Anastasiadis EOKA terror təşkilatının Kipri qan gölünə çevirdiyini tez unudub.
Mediainfo.az xəbər verir ki, bunu Şimali Kipr Prezdenti Ərsin Tatar deyib.
“EOKA 1 aprel 1955-ci ildə bomba və silahlarla Kiprdə terror aktları törətməyə başlayıb. Görünən odur ki, Anastasiadis EOKA-nın Kipri qan gölünə çevirdiyini tez unudub. “İngilislərdən sonra növbə Kipr türklərinə gələcək və onları silah gücü ilə adadan qovacağıq, getməyənləri də yox edəcəyik” deyən EOKA bir terror təşkilatıdır. Onlar 1955-58-ci illərdə yüzlərlə türk kəndini yandırıb, günahsız insanları qətl ediblər. Bunları unutmağımız mümkün deyil”, - Tatar bildirib.
Qeyd edək ki, N.Anastasiadis EOKA döyüşçülərinə heyranlıq və ehtiramını bildirərək, Kiprin Avropa ailəsinə yenidən birləşənə qədər mübarizə aparacaqlarını deyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































