Laçın rayonunun Piçənis kəndində ermənilər qəbir daşlarından özlərinə pilləkən düzəldiblər.
Mediainfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər bu günlərdə sosial şəbəkələrdə və bəzi Teleqram kanallarında paylaşılıb.
30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan və orada qanunsuz olaraq məskunlaşan ermənilər mədəni və tarixi abidələrimizə qarşı divan tutub, daşı-daş üstündə qoymayıblar. Hətta ölülərimizə qarşı öz çirkin niyyətlərini reallaşdıran ermənilər onlarla qəbir daşını yerindən çıxarıb, öz həyətlərində pilləkən əvəzi istifadə ediblər.
Pilləkənlərin həmin daşlardan ibarət olduğu bilinməsin deyə qəbir daşlarının hamısının yazılı tərəfini torpağa üzüaşağı basdırıblar. Hələ bu azmış kimi qəbiristanlıqdakı dəmir barmaqlıqları da söküb öz həyətində hasar kimi istifadə ediblər.
Politoloq Zaur Məmmədov deyir ki, ermənilərin bu murdar davranışları onların azərbaycanlılara qarşı sərhədsiz kin bəslədiklərini sübut edir. Politoloqun sözlərinə görə, ermənilərin bu çirkin addımları qarşısında beynəlxalq təşkilatlar susmamalıdırlar. Bu kimi faktlara lazımi qiymət verilməlidir.
Zaur Məmmədov vurğulayıb ki, ermənilər özlərini cəzasızlıq mühitində hiss etdiklərinə görə insanlığa yaraşmayan belə addımlardan heç vaxt çəkinməyiblər.
Videogörüntüləri təqdim edirik:
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq




















































