Bakı-Tbilisi-Bakı aviareysləri bərpa olunub

Bakı-Tbilisi-Bakı aviareysləri bərpa olunub

Martın 19-dan Azərbaycan ilə Gürcüstan arasında aviareyslər bərpa olunub.

Mediainfo.az xəbər verir ki, bu gün saat 07:00-da “Buta Airways” aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Tbilisiyə uçuş həyata keçirib. Həmin təyyarə saat 10:10-da Şota Rustaveli adına Tbilisi aeroportundan Bakıya uçub. Uçuş müddəti bir saatdır.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Sərnişinlər son 48 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə uçuşa buraxılıblar.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az