Azərbaycanda daha 297 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda daha 297 nəfər COVID-19-a yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 297 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb.

Mediainfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 237 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib, aktiv xəstə sayı 4 095 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 152, ötən müddət ərzində isə ümumilikdə 2 663 151 test aparılıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az