Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev COVİD-19 virusuna qarşı vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə səslənən fikirlərə münasibət bildirib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, A.Allahverdiyev trend-ə açıqlamasında deyib ki, Azərbaycanda əvvəllər “COVİD-19 virusu yoxdur” deyən insanlar olduğu kimi, vaksinasiya başladığı dövrlərdə də bəlli qruplar bu prosesə qarşı çıxış etməyə başlayaraq bu vaksinin təhlükəli olması, vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə fikirlər səsləndirdilər.
“Amma zaman göstərdi ki, insanlar COVİD-19-un mövcud olmaması barədə fikirlərin yalan olduğunu gördükləri kimi, vaksinin təhlükəli xəstəlik yaratması barədə fikirlərin əsassız olduğunu, ölkəmizdə tətbiq olunan vaksinlərin çox keyfiyyətli və profilaktik tədbir görə bilmək xüsusiyyətinə malik olduğunu gördülər. Buna görə də indi artıq hər bir insan könüllü şəkildə vaksin vurdurmaq istəyir”, - A.Allahverdiyev bildirib.
Vaksin vurdurmaq istəyən insanların sayının getdikcə artdığını deyən A.Allahverdiyev qeyd edib ki, ölkəmizdə istifadə edilən peyvənd inaktivləşdirilmiş, yəni ölmüş viruslardan hazırlanıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































